Gülüşü yenidən kəşf et!

DAHA ƏTRAFLI

Gülüşü yenidən kəşf et!

Foto proyektin məqsədi diyarımızdakı insanları daha gülərüz, xoşməramlı və pozitiv görməkdir.

Təəsüf ki, ətrafımızda çoxsayda kədərli, qəzəbli və həyatdan narazı insanlar görürük. Məqsədimiz “Həyat gözəldir, Onlar kimi pozitiv olun! Gülüşü yenidən kəşf edin!” çağırışıdır. Pozitiv olmaq insana uğur gətirir və onun həyatını al əlvan edir. Bununla yanaşı ətrafdakı insanlara da pozitiv enerji verir. Təəsüf ki, ətrafımızda pessimist və neqativ hisslərə qapılmış çoxsayda insanlar görürük. Bu həcmdə neqativ enerji nəinki ətrafdakıları, hətta ölkə çapında iqtisadiyyata da təsir edir.

“eMotion 32”-nin 32 qəhrəmanları bu haqda danışır. Onlar optimist, həyatda öz savadı, çalışqanlığı və optimistik əhval ruhiyyənin hesabına uğura nail olublar. Çalışaq hamımız birlikdə bu dünyanı dəyişərək gözəlləşdirək. Məqsədimiz hamını xoş əhval ruhiyyədə və uğurlu görməkdir.

Həyat gözəldir, gəlin birlikdə sevinək.

Ramin Musayev
İdeyanın Müəllifi

“eMotion” layihə ideyası qeyri adi yarandı. Bir tanışım onun şəklini yeni Samsung Galaxy S9+ smartfonu ilə çəkməyi xahiş etdi. Bu ideya onun üzündəki müxtəlif emosiyaları portret rejimində çəkən zaman yarandı. Bu dəfə isə, bizim yaxşı taıdığımız şəxslərin portretlərini çəkərək sosial layihə hazırlamaq ideyası yarandı. Çəkdiyim şəkillər məni təəcübləndirib, eyni zamanda heyran etdi. Hətta, arxa fonun görüntü səviyyəsinin slayder ilə artırıb azaltma imkanı mənim diqqətimi çəkdi. Bu, professional kameraların çəkə biləcəyi səviyyədə fotorəsmlərdi. Layihəmin qəhrəmanlarını, məhz Samsung Galaxy S9+ ilə çəkmək qərarına gəldim.

Bu smartfonun kamerası ilə hətta zəif işıqlanma zamanı, yüksək keyfiyyətli şəkil və video çəkmək mümkündür.Dual Pixel 12MP kameranın diafraqması f/1.5 bərabərdir və parlaq şəkillər əldə etməyə imkan. Həm də bu şəkilləri, sərhədsiz, yüksək icazəli və ən parlaq, 6.2-düym displeydə izləyə biləcəksiniz.

Samsung Azərbaycan bu layihənin yaradılamsında əvəzolunmaz rol oynadı. Hətta, çəkiliş zamanı qəhrəmanlarımın da heyrətini gördüm. Sözsüz ki, Samsung Galaxy S9+ ən yaxşı kameralardan birinə malikdir.

Ramin Musayev

@raminmusayev

Pozitiv insanlar uğurlu olur...

20-25 MAY 2018-CI IL

Copyright WWW.POZITIVOL.AZ © 2018 . All Rights Reserved. Site by Oxus.